Bu rayonda qaz kəsiləcək

29.12.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı dekabrın 29-da, saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Manset.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, həmçinin alternativ mənbədən istehlakçıların qaz təchizatının təmin olunması nəzərdə tutulur. Əks təqdirdə Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələrinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью