Bu rayonda qaz kəsiləcək XƏBƏRDARLIQ

18.06.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək.

Redaktor.az xəbər verir ki, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.

Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью