Bu rayonda qumarxana AŞKARLANDI

08.02.2025

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şamaxıda qumarxana aşkarlanıb.

Moderator.az xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E. Allahverdiyev, Z. Nəsibov, T. Pənahov və Ə. Quliyev, eləcə də obyektin sahibi N. Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью