Bu rayonda yaşayanlara MÜJDƏ Daha çox qazanacaqlar!

20.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bu gün Zəngilan Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Zəngilan şəhərinin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, işğaldan azad edildikdən sonra Zəngilan şəhəri və rayonun kəndlərində qısa müddətdə bərpa və quruculuq işlərinə başlanılıb. İnfrastrukturun yenidən qurulması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının dəstəklənməsi və yeni investisiyaların cəlb edilməsi rayonun inkişafını sürətləndirib. Zəngilan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ilk məskunlaşmanın həyata keçirildiyi rayon kimi də tarixə düşüb. Toyuqlu pizza

Vüqar Bayramovun sözlərinə görə, Zəfərdən sonra Zəngilan iqtisadiyyatı 515 dəfə böyüyüb. Dünyada nadir hallarda hər hansı bölgədə məhsul istehsalı cəmi beş il ərzində bu qədər artır.

Belə ki, Zəngilan rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2020-ci ildə 1 milyon 161 min manat olduğu halda, hazırda 600 milyon manata yaxınlaşıb.

Deputat qeyd edib ki, 2020-ci ildə heç bir sənaye məhsulu istehsal edilməyən Zəngilan rayonunda hazırda 3 milyon manata yaxın sənaye məhsulu istehsal olunur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində isə məhsul istehsalı 927 min manatdan 6 milyon manatadək yüksəlib.

Vüqar Bayramov vurğulayıb ki, işğal nəticəsində dağıdılmış və uzun müddət baxımsız qalmış Zəngilan artıq Şərqi Zəngəzur iqtisadi rayonunun əsas mərkəzlərindən birinə çevrilməkdədir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin keçdiyi Zəngilan rayonu regionun nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Bu isə rayon üçün yeni iqtisadi üstünlüklər, investisiya imkanları və əlavə iş yerləri deməkdir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью