Bu rayonda yaşayanların NƏZƏRİNƏ Elektrik enerjisində məhdudiyyət olacaq

31.01.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью