Bu rayonlara dolu düşəcək

11.05.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью