Bu rayonlara leysan yağır, Göygölə dolu düşdü

19.09.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 16:00-a olan məlumatında qeyd olunub.

Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ, Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0.3 mm olan dolu düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью