News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında yanavrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz olacaq.
Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.