Bu rayonlara yağış yağdı KONKRET

23.01.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.

Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью