Bu rayonlarda güclü külək əsəcək Sarı xəbərdarlıq

19.08.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью