Bu rayonlarda işığın verilişində fasilə olacaq

20.07.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində iyulun 21-də təmir işləri aparılacaq.

"Unikal" "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью