Bu rayonlarda MİDA evləri satışa çıxarılır

28.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan və Yevlax Yaşayış Komplekslərində ev satışına başlayır.

Bakıvaxtı.az xəbər verir ki,  Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Yevlax Yaşayış Kompleksi üzrə isə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью