Bu rayonlarımızda güclü duman: hərəkət çətinləşdi

12.01.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.

Axar.az Report-a istinadən xəbər verir ki, duman axşam saatlarından etibarən Biləsuvar və Cəlilabad rayonu ərazisində müşahidə edilməyə başlayıb.

Görmə məsafəsi xeyli azaldığı üçün nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Qeyd edək ki, dumanlı hava şəraiti həmçinin köhnə Ələt-Astara avtomobil yolunun sözügedən rayonlardan keçən hissəsində də müşahidə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью