Bu rayonumuza qar yağır

04.12.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, dekabrın 4-ü saat 10:00-a olan məlumata əsasən Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın(Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır.

Yağan qarın hündürlüyü 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью