Bu rayonumuzun ictimai yerlərində müasir incəsənət əsərləri qurulur FOTOlar

06.04.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixi Şamaxı şəhəri həm də müasir incəsənət məkanına çevrilməkdədir. Şamaxıda başlanan "Public art" layihəsi üzrə şəhərin bir sıra ictimai yerlərində, parklarında müasir incəsənət əsərləri qurulur.

Milli.Az xəbər verir ki, bunların sırasında Azərbaycanda milli rəqsə ilk monumental əsər də var. Əsər Şamaxının mərkəzi meydanında qurulur.

Aprel ayının sonunadək Şamaxıda bir sıra yeni əsərlər də istifadəyə veriləcək.

Qarşıdakı mövsümdə Şamaxı qonaqları yeni siması ilə qarşılayacaq. Son zamanlar şəhərdəki yeniliklərin ən diqqətçəkəni isə "Nəsimi bağları" və burdakı nəhəng Nəsimi heykəli olacaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью