Bu rayonun 23 kəndi qazsız qalacaq

06.05.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Globalinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью