Bu rayonun 8 kəndində qaz KƏSİLƏCƏK

17.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sabah Yevlax rayonunun 8 kəndinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqrax, Səmədabad, İsmayılabad və Bünyadabad kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью