Bu rayonun bir hissəsi qazsız qalacaq

12.03.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün İmişlinin şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, İmişli QPS-dən qidalanan M.Müşfiq və Ə.Şıxlinski küçələrində müxtəlif diametrli qaz xəttlərində qaz sızmalarının ləğvi və təmir işlərinin görülməsi məqsədilə əlaqədar saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan küçələrdə (573 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью