Bu rayonun icra hakimiyyətinin şöbə müdiri hakim təyin edildi

26.12.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, Şəbəndəyeva Təhminə Əlistan qızı Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Təhminə Şəbəndəyeva buna qədər Göygöl Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub. O, artıq icra hakimiyyətindəki vəzifəsindən azad olunub.

Qeyd edək ki, Göygöl rayonunun icra başçısı da yeni təyin edilib. Belə ki, noyabrın 12-də Vüqar Novruzov Naftalanın icra başçısı vəzifəsindən azad olunaraq Göygöl rayonuna təyinat alıb.

Murad İbrahimli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью