Bu rayonun kəndləri qazsız qaldı

15.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Güclü şaxta Masallıda qaz xəttində qəza yaradıb, iki kənd qazsız qalıb.

Mütbuat.az "Unikal"a istinadən xəbər verir ki, gecə saatlarında güclü şaxtanın təsirindən Masallı Xidmət Sahəsinin Alvadı Qazpaylayıcı Stansiyasından təbii qazla təmin edilən 273 mm diametrli ortatəzyiqli qaz kəmərinin rayonun Şərəfə kəndi ərazisindən keçən hissəsində qəza halı yaranıb.

Nəticədə, ümumilikdə 1200 abonenti əhatə edən Şərəfə və Ağakişibəyli kəndlərinə qazın verilişində müvəqqəti məhdudiyyət yaranıb.

Müvafiq qüvvələr qəzanın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsinə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью