Bu rayonun mərkəzi işıqsız qalacaq

07.03.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, martın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək şəhər ərazisində Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov, Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью