Bu rayoun küçələrində yollar TƏMİR EDİLƏCƏK ADLAR

05.10.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tovuz rayonunda bir sıra yolların əsaslı təmiri həyata keçiriləcək.

BAKU.WS-in məlumatına görə, Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən yerli xərclər hesabına rayon ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.

Layihənin ehtimal olunan dəyəri 687 493 manatdır. Təmir işləri çərçivəsində Tovuzda yerləşən Əhməd Cavad, Füzuli, Elməddin Nəsibov və Fariz Ələkbərov küçələrində təmir işləri aparılacaq.

Layihənin əsas faydası sürücülərin və piyadaların daha təhlükəsiz və rahat hərəkətinin təmin olunması, küçələrdə yol örtüyünün keyfiyyətinin yaxşılaşdırılması və Tovuz rayonunun nəqliyyat infrastrukturunun yenilənməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью