Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına və ölkələrin bundan daha çox faydalanmasına gətirib çıxaracaq: “Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticari dövriyyəsi illik olaraq 300 milyon dollar ətrafında dəyişə bilər".
İqtisadçı millət vəkili Vüqar Bayramov bunu 525.az-a deyib. Millət vəkili vurğulayıb ki,
bura birbaşa Ermənistandan Azərbaycana ixrac, Azərbaycandan Ermənistana ixrac daxildir. Söhbət idxal-ixrac əməliyyatlarından gedir:
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır”.
Sevinc Qarayeva