Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Builki ali məktəblərə qəbul imtahanında Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki olan ümumtəhsil müəssisələrinin 71 məzunu 600-dən çox bal toplayıb.
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, 600-dən yüksək bal toplayanların sayına görə regionun lider təhsil müəssisəsi Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbidir.
Bu məktəbin 4 məzunu qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Eyni zamanda, Neftçala rayonunun S.
Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin məzunu Müşfiq Əlili 698,5 bal toplayaraq region birincisi olub.
Ümumilikdə Biləsuvar rayonu üzrə 11, Hacıqabul rayonu üzrə 8, Neftçala rayonu üzrə 14, Salyan rayonu üzrə 25, Şirvan şəhəri üzrə 13 nəfər məzun 600-dən yüksək bal toplayaraq uğurlu nəticə göstərib.
Həmçinin Neftçala rayonu Z. Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin məzunu Nəzrin Quluzadə 688 bal, Biləsuvar rayonu O
Babayev adına Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Xanımgül Abışova 680 bal, Salyan rayonu E.