Bu rəngdə geyim almayın SƏBƏB

08.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bir çox şəxslər, eləcə də azərbaycanlılar daha çox qara geyimə üstünlük verir. Bəzən deyirlər ki, insan həyatında rənglərin əhəmiyyəti var, guya qara bədlik gətirir.

Doğrudanmı rənglərin insan həyatına təsiri var?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, rənglərin insan həyatına birbaşa fiziki təsirindən daha çox, insan psixologiyasına ciddi təsiri mövcuddur:

“Rənglərin insan həyatına birbaşa təsiri yox, daha çox insan psixologiyasına təsiri var. Bəli, rənglərin mütləq təsiri mövcuddur. Ümumiyyətlə, psixologiyada “rənglərin psixologiyası” adlı ayrıca bir sahə var. Qara və tünd rənglər insanın psixologiyasına təsir göstərir. Yəni uzun müddət qara rəng mühitində olmaq, qara rəngli paltarlar geyinmək insanın psixoloji vəziyyətinə təsir edir. Təəssüf ki, Azərbaycanda açıq rənglər çox dəbdə deyil”.

Sosioloqun sözlərinə görə, Avropa ölkələrində həm qadınlar, həm də kişilər geyimlərdə xüsusilə açıq rənglərdən istifadə edirlər:

“Bu, çox gözəl tendensiyadır. Bildiyiniz kimi, dini mətnlərimizdə də açıq rənglər tövsiyə edilir. Ona görə də düşünürəm ki, bizdə qara rənglərə üstünlük verilməsi sadəcə dəb xatirinədir və bunu dəyişmək olar. Bu dəbi dəyişmək mümkündür və məncə, hətta dəyişilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью