Bu restoranda məhsul nümunəsində uyğunsuzluq aşkarlandı FOTOLAR

03.11.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm” MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.

Agentlikdən "Unikal"a verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt” salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.

Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью