Bu restoranlar şəbəkəsinin filialları BAĞLANIR

24.12.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Starbucks" restoranlar şəbəkəsində baristalar tərəfindən başlayan tətil Seattle, Los Angeles və Çikaqo şəhərlərindən bütün ölkəyə yayılıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, məşhur qəhvə şəbəkəsi 5 günlük tətilə görə ümumilikdə 59 mağazasını bağlamalı olub. 

Tətilçilər bildiriblər ki, "Starbucks" fevral ayında yeni əmək müqaviləsi imzalanacağı ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Şirkət tətilin mağazanın fəaliyyətinə "heç bir təsir göstərmədiyini" bildirib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью