Bu romanların sonunu təxmin edə bilməyəcəksiniz! Siyahı

16.05.2025

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az sonu çətin təxmin olunan 5 romanı təqdim edir.

1. Aqatha Kristi - "And Then There Were None"

Janr: Detektiv, psixoloji triller

On nəfər adam bir adaya dəvət edilir və biri-birinin ardınca öldürülür. Oxucu cinayətkarı təxmin etməyə çalışsa da, sonluq tamamilə gözlənilməz və sarsıdıcıdır. Hər bir detal sonradan məna qazanır.

2. Lionel Şriver - "We Need to Talk About Kevin"

Janr: Psixoloji dram

Ana ilə problemli bir oğul arasındakı münasibət fonunda baş verən məktəb faciəsi, keçmişlə indinin iç-içə verilməsi finalda oxucunu sarsıdır. Oxucu sona qədər hadisənin motivlərini tam anlayana qədər bir çox ehtimalı nəzərdən keçirir.

3. Alber Kamü - "L’Étranger"

Janr: Fəlsəfi roman

Hadisələrin axarı və baş qəhrəmanın laqeyd davranışı oxucuda sonluğa dair konkret gözlənti yaratmır. Finalda isə qəhrəmanın ölümə münasibəti və qəbul forması oxucuya təsir edir.

4. Yan Makevan - "Atonement"

Janr: Dram, romantik, müharibə fonunda psixoloji roman

Roman boyunca oxucu bir sevgi hekayəsini izlədiyini düşünür. Lakin son bölümdə bədii oyunlar həqiqəti tamamilə dəyişir və romanın mahiyyətini alt-üst edir.

5. Cilyan Flinn "Gone Girl"

Janr: Psixoloji triller

Evlilik, manipulyasiya, vəhşilik və medianın bütün bunlarda rolu kimi mövzuların işləndiyi bu romanda hadisələr iki fərqli baxış bucağından təqdim edilir. Hər iki qəhrəmanın da qeyri-stabil və etibarsız olması nəticəsində sonluq oxucu üçün ciddi təəccüb doğurur.

Bu gün “Avroviziya 2025”-in ikinci yarımfinalıdır Ərdoğanı təhqir edən aktyorla bağlı qərar Alen Delonu Azərbayacana gətirən inqilab - Bakını niyə Buenos-Ayres kimi təqdim etmişdilər?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью