Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“NATO-ya üzv ölkələrin qoşunlarının Ukrayna ərazisinə gəlməsi Rusiya üçün istənilən formada qəbuledilməzdir”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyaddakı amerikalı həmkarları ilə danışıqlar zamanı bildirib.
“Eyni NATO ölkələrindən olan, lakin xarici bayraq altında, Aİ bayrağı altında və ya milli bayraqlar altında əsgərlərin görünməsi bu baxımdan heç nəyi dəyişmir. Bu, yolverilməzdir”, - o, mətbuat konfransında deyib.