Bu, Rusiya üçün qəbuledilməzdir Peskov

20.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Xarici qoşunların Ukrayna ərazisinə yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"NATO- ya üzv ölkələrin hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsi bizim üçün məqbul sayıla bilməz”, - Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, "Daily Telegraph" qəzeti mənbələrə istinadən yazıb ki, Britaniyanın baş naziri Keir Starmer gələn həftə  Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşməyi və ona Ukraynada 30 min avropalı hərbçi yerləşdirmək planını təqdim etməyi  planlaşdırır. Müvafiq plan Böyük Britaniya və Fransa tərəfindən hazırlanıb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью