Bu, Rusiya Ukrayna sülhü üçün əsas olacaq Fidan

21.05.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və Ukrayna nümayəndə heyəti arasında İstanbulda keçirilən danışıqlar hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Budapeştdə keçirilən iclasında deyib.

“Ümid edirik ki, İstanbuldakı danışıqlar gələcəkdə hərtərəfli atəşkəsə, ədalətli və davamlı sülhə zəmin yaradacaq”, - o bildirib.

Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью