Bu, Rusiyanın sonunu gətirə bilər Rubio

21.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası nə vaxtsa Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini və Ukraynaya hərbi yardımı artıracağını istisna etmir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

Rubio hazırkı administrasiyanın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi və Ukraynaya silah tədarükünü artırma ehtimalı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Rusiyanın sülh sazişində maraqlı olmadığı və münaqişəni davam etdirmək istədiyi aydınlaşarsa, bu, onun sonu ola bilər.

Onun sözlərinə görə, hazırkı mərhələdə Amerika administrasiyasının fikrincə, sanksiya hədələri rusların müzakirəni dayandırmasına səbəb olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью