Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib. UNESCO-da Novruz bayramı qeyd edilib. İran Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəsə hazır olduğunu təsdiqləyib. “The Times of Israel”: İsrail İrana hücumların dayandırılmasını dəstəkləyir. Tramp Yaxın Şərq üçün “qızıl dövr” vəd edib. İran: Vaşinqton və Tehran İslamabadda birbaşa danışıqlar aparacaq. Dünya birjalarında neft ucuzlaşıb. Azərbaycan XİN: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq. Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən tunelin inşasının I mərhələsi başa çatıb. Şimali Koreya gün ərzində 2-ci dəfə ballistik raket buraxıb. Rüblük büdcə gəlirləri 9,6 milyard manata çatıb.