Bu saata olan əsas xəbərlər

16.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

 

AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:

Bakı, 16 iyun, AZƏRTAC

 Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub.

Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb.

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub.

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb.

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır.

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb.

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək.

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb.

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir.

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb.

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью