Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 17 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər.
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub.
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub.
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub.
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib.
Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığı genişləndirilir.
Milli Məclisin İqtisadi siyasət komitəsində 11 məsələyə baxılıb.
Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu.
Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb.
İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib.
Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb.
Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib.