Icma.az, Azertag portalına istinadən məlumat yayır.
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 8 oktyabr, AZƏRTAC
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub.
Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır.
Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək.
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib.
Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb.
BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
“Azərkosmos” ilə Beynəlxalq Kosmik Hüquq İnstitutu arasında memorandum imzalanıb.
İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub.
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb.
Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır.
Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb.
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir.
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir.
Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.