Bu saatdan sonra kim Rusiyaya inanar? Qalyamov

12.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə politoloq Abbas Qalyamov öz məqaləsində yazıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktoru Aleksey Drobinin NATO ölkələrinə Moskva ilə ikitərəfli hücum etməmək müqavilələri imzalamağı təklif edib.

Bu təşəbbüs Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Əbu-Dabidə keçirilən və Moskvada davam edən danışıqlar fonunda irəli sürülüb.

“Ukraynanın da Rusiyadan təhlükəsizlik təminatları var idi”

Qallyamov xatırladır ki, Rusiya vaxtilə Budapeşt Memorandumu, eləcə də dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında ikitərəfli müqavilə çərçivəsində Ukraynanın suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməyi öhdəsinə götürmüşdü.

Lakin bu öhdəliklər Ukraynanı müharibədən qoruya bilməyib.

Politoloqun fikrincə, məhz buna görə Avropa dövlətlərinin Rusiyanın yeni təhlükəsizlik vədlərinə etibar etməsi çətindir.

“Rusiya özü NATO-nu Avropa üçün daha vacib edib”

Qallyamov hesab edir ki, Avropa ölkələri Moskva ilə müəyyən müqavilələr imzalaya bilərlər. Ancaq həmin sənədlərin NATO qarşısındakı öhdəliklərinə mane olmasına razılaşmayacaqlar.

Ekspertin sözlərinə görə, Rusiyanın son illərdəki hərəkətləri Avropa dövlətlərinin NATO-ya ehtiyacını daha da artırıb.

“Avropalıları NATO-dan imtina etməyə inandırmaq üçün Rusiya əvvəlcə artıq təhlükə yaratmadığına onları əmin etməlidir”, – deyə politoloq vurğulayıb.

Onun qənaətinə görə, bunun üçün yeni müqavilələr təklif etmək kifayət deyil. Moskva ilk növbədə öz xarici siyasətini dəyişməli və Avropa ölkələrinin etimadını bərpa etməlidir.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью