Bu saatın xətası 300 milyard ildə 1 saniyədir FOTO

28.09.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sinqapur Universitetinin alimlərinin hazırladığı atom saatı dəqiq ölçmələr sahəsində yeni mərhələnin başlanğıcı ola bilər. 

Avtosfer.az xəbər verir ki, Beynəlxalq Sistemdə (SI) 2030-cu illərdə saniyə yenidən müəyyən ediləcək. Eyni zamanda, saniyə daha böyük dəqiqliklə ifadə olunacaq. Bu səbəbdən 1967-ci ildən etibarən atom saatlarında istifadə edilən seziumun texniki imkanları tükənib. Artıq onun lütesiumla əvəzlənməsi gündəlikdə dayanıb və Sinqapur Universitetinin son tədqiqatları da bu məsələnin tərkib hissəsidir.

Hazırda dünyada istifadə olunan 300-dək atom saatının 1 saniyə xətası üçün milyonlarla il tələb oluinur. Sinqapurluların layihələndirdiyi saatda isə xəta 300 milyard ildə cəmi 1 saniyədir. Bu müddət kainatın yarandığı dövrdən dəfələrlə çoxdur. 

Dəqiq saatların mövcudluğu vaxtı sinxronlaşdırmağa imkan verir. Lakin, ən dəqiq saatlar belə, astronomik ölçmələri istisna etmir. Səbəb yerin fırlanma sürətinin dəyişməsidir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью