Bu sadə üsul uşaqları balqabaq yeməyə həvəsləndirir

29.07.2026

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Uşaqların çox vaxt bəyənmədiyi balqabaq düzgün hazırlanma üsulu sayəsində ailə süfrəsinin sevimli yeməklərindən birinə çevrilə bilər.

Medicina.az xəbər verir ki, balqabağı sürtgəcdən keçirib 15 dəqiqə duzla saxladıqdan sonra artıq suyunu sıxmaq onun həm dadını, həm də teksturasını xeyli yaxşılaşdırır.

Daha sonra rəndələnmiş kartof, sarımsaq, kərə yağı və qaymaqla birlikdə bişirilərək blenderdən keçirilir. Nəticədə yumşaq, kremli və uşaqların zövqünə uyğun püre alınır.

Resepti istəyə görə üzərinə rəndələnmiş parmezan və ya pekorino pendiri əlavə etməklə daha da zənginləşdirmək mümkündür.

Liflə zəngin olan balqabaq həzm sisteminin sağlam fəaliyyətini dəstəkləyir. Kartof və qaymaqla birləşdirildikdə isə həm qidalı, həm də uşaqların həvəslə yeyə biləcəyi ləzzətli yeməyə çevrilir.

Xanım,

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью