Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bu ilin ilk 7 ayı ərzində Azərbaycanda 633 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 351 nəfər həyatını itirib, 497 nəfər yaralanıb.
Məlumata görə, qəzaların 60 faizdən çoxu sutkanın qaranlıq vaxtlarında baş verib.
Maraqlıdır, Azərbaycan yol qəzaları nəticəsində yaşanan itkilərin bunca yüksək olmasına səbəb nədir? Təhlükəsizliyin təmin edilməsi məsələsində sürücülərin üzərinə hansı məsuliyyət düşür?
Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bu istiqamətdə ciddi addımlar atmağın zəruri olduğunu bildirib:
“Statistika rəqəmlərdir. Lakin bu rəqəmlərin arxasında yüzlərlə insan taleyi, milyonlar, hətta, milyardlarlarla maddi zərər var. Buna görə də təhlükəsizlik çox vacib məsələdir. Statistikadan da görünür ki, vəziyyəti yaxşılaşdırmaq üçün stabil, dayanıqlı geridönmələr müşahidə edilmir. Bu, o deməkdir ki, çox ciddi işər görülməlidir. Dünyanın keçdiyi bir yol var. Bu yolu biz də keçməliyik. Əlavə nəyəsə ehtiyac yoxdur. Müəyyən elementlər var ki, bu elementlər üzrə konkret işlər həyata keçirilməlidir.
Xatırladım ki, yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı var idi. Bu Dövlət proqramı 2018-ci ildə qəbul olundu. Hansı ki, 2019-2023-cü illərdə icra olunmalı idi. Lakin bu proqram icra olunmadı, kağız üzərində qaldı. Bu proqramda hər şey var idi. Həmin proqramı bir qədər də yeniləyb, müasirləşdirib ciddi şəkildə icra etmək lzımdır. Belə olsa, vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşar. Bu işlərin içərisində sürücülərin peşəkarlığının artırılması, infrastrukturun yaxşılaadırılması və s. var idi.
Hər şey yol hərəkəti iştirakçılarından asılı deyil. “Yol hərəkəti iştirakçıları diqqətli olmalıdır” deməklə iş bitmir. Onları diqqətli olmağa məcbur edən şərait yaratmaq lazımdır. Elə etmək lazımdır ki, onlar “diqqətli olmağın” nə demək olduğunu bilsin. Bizdə problemlərdən biri bundan ibarətdir ki, insanların bir çoxu “diqqətli olmaqğın” nə demək olduğunu bilmir. Heç nə öyrənməyib. İnsanları buna öyrətmək alzımdır. Piyadaları, velosipedççləri – bütün yol hərəkəti iştiakçılarını diqqətli olmağa öyrətmək lazımdır.
Bu işdə dönüş yaratmaq lazımdır. İnfrastrukuru yaxşılaşdırmaq lazımdır. Statistikaya baxsaq görərik ki, hadisələrin çoxu qaranlıq vaxtı baş verir. Çünki küçələr lazımınca işıqlandırılmır. Əgər normal işıqlandırma olsa, o zaman bu hadisələr azalar.
Bir sözlə, görüləcək işlər çoxdur və bu işlər hökmən reallaşmalıdır”.
Seymur ƏLİYEV