Bu şadlıq evinin fəaliyyəti dayandırıldı FOTOLAR KONKRET

23.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Qaradağlı kəndində Ramiz Qəzənfər oğlu Məmmədova məxsus “Ağdam” şadlıq evində yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həlllər şöbəsindən KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью