Bu şagirdlər üçün vacib xəbər Tarix və saat AÇIQLANDI

28.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 4-dən başlanılacaq.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı il noyabrın 4-də saat 15:00-dan etibarən 2–7-ci sinif şagirdlərinin, noyabrın 5-də saat 15:00-dan etibarən isə 8–11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi aktivləşdiriləcək.

Şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Dördpendirli pizza

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə isə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью