Bu sahədə 10 faiz artım oldu

23.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvar-avqust aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 339 milyon 300,4 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çoxdur.

"Yeni Sabah" xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 1 milyard 281 milyon 95,7 mini avtobusların, 58 milyon 204,7 mini isə taksilərin payına düşüb. Avtobusla sərnişin daşınması 11 faiz, taksi ilə daşınma isə 6,9 faiz artıb.

Digər nəqliyyat növlərində də artım qeydə alınıb. Belə ki, yanvar-avqust aylarında dəmir yolu ilə 7 milyon 329 min sərnişin daşınıb və bu göstərici 18 faiz artıb. Hava nəqliyyatından 2 milyon 889,2 min sərnişin istifadə edib ki, bu da 6,2 faiz çoxdur. Marqarita pizza

Dəniz nəqliyyatı ilə 19 min sərnişin daşınıb və artım 10,5 faiz təşkil edib.

Metroda isə əks göstərici qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk 8 ayında metro 141 milyon 587,2 min sərnişinə xidmət göstərib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью