Bu sahədə çalışanlar 4 min manat çox maaş alırlar

26.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4445,3 manat, qeyri-neft-qaz sektorunda 1113,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1176,9 manat, özəl müəssisələrdə isə 1168,7 manat olub.

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (4 224,8 manat), maliyyə-sığorta (3 026 manat), informasiya və rabitə sahəsindədir (2 109,9 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (745,3 manat) sahəsindədir.

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 4 387,3 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 902,9 manat.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью