Icma.az bildirir, Avtosfer portalına istinadən.
Penitensiar sistemdə tibb xidmətində çalışan həqiqi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi və məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının xüsusi geyim forması ilə bağlı dəyişikliklər təklif olunub.
Avtosfer.az xəbər verir ki, bu məsələlər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Müzakirə zamanı bildirilib ki, penitensiar sistemin tibb xidmətində çalışan həqiqi qulluqçuların hüquqi statusu hərbi qanunvericiliyə uyğun tənzimlənəcək. Bunun xidmət nizam-intizamının gücləndirilməsinə, eləcə də həmin şəxslərin sosial-maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyi qeyd olunub.
Digər dəyişiklik isə məhkəmə ekspertizası idarəsində çalışan dövlət qulluqçularının xüsusi geyim forması ilə bağlıdır. Bildirilib ki, məsələ “Özəl məhkəmə ekspertizası haqqında” qanun layihəsinin də plenar iclasa təqdim olunması baxımından aktualdır. Təklif olunan dəyişikliklərin ədliyyə orqanlarında məhkəmə ekspertizası sahəsində çalışan əməkdaşların geyim formasının fərqləndirilməsinə imkan verəcəyi vurğulanıb.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.