Bu sahədə çalışanların NƏZƏRİNƏ: Məzuniyyət verilə bilər | Icma.az
Icma.az bildirir, Konkret.az portalına istinadən. Müasir dövrdə bir sıra sahələrdə çalışan əməkdaşlar uzun iş saatları, yüksək psixoloji və
Bu isə onların sağlamlığına və iş məhsuldarlığına birbaşa təsir göstərir.
Məhz bu kontekstdə gərgin iş rejimi olan sahələr üçün xüsusi məzuniyyət mexanizminin tətbiqi məsələsi gündəmə gəlib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ilk növbədə “gərgin iş rejimi” anlayışı hüquqi baxımdan dəqiq müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, bu anlayışın konkret çərçivəsi olmadığı üçün fərqli sahələrdə çalışanlar öz işlərini gərgin hesab edə bilərlər.
“Yanğınsöndürən də deyə bilər ki, gərgin iş rejimində işləyir.
Ona görə də əvvəlcə gərgin iş rejiminin nə demək olduğu hüquqi cəhətdən təsbit olunmalıdır.
Bu anlayış dəqiqləşdirildikdən sonra həmin sahələr üçün məzuniyyətin fərqli şəkildə dəyərləndirilməsi mümkün ola bilər”, – deyə iqtisadçı vurğulayıb.
Tam oxu
Xəbəri oxu