Bu sahədə cərimələr artırılır 300 manat və sürücülük hüququ… | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, Azərbaycanda dəmir yolu keçidlərindən istifadənin pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Belə ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Sirr deyil ki, qatara daş atma, insanların və heyvanların dəmir yol xətlərindən keçməsi kimi hallar toqquşma və ağır fəsadlara səbəb olur.
Cərimələrin artırılması problemlərin həllinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, həm piyadalar, sərnişinlər, həm də sürücülər və mal-qara ötürənlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar: “Hər bir halda dəmir yolu xəttində üstünlük qatara verilir.
Təəssüf ki, çox zaman piyadaların qatar yoluna çıxdıqlarını, nəticədə xəsarət aldıqlarını eşidirik.
Tam oxu
Xəbəri oxu