Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"Bu gün əsas problemlərdən biri aqrar sektorda rəqabət mühitinin zəif olmasıdır. Buna görə maya dəyəri və idxal ciddi təzyiq yaradır. Bazara rahat çıxış və satışdan qazanc əldə etmək imkanı olarsa, kəndli öz həyətindən də pul qazana bilər”.
Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a deyib. İqtisadçı qeyd edib ki, ölkədə dövlət tərəfindən aqrar sahədə ən çox dəstək görən və istehsalı stimullaşdırılan məhz taxıl istehsalıdır. Lakin bu sahədə effektivlik aşağıdır:
“Aqrar sahədə yüksək əməktutumluluq da effektivliyin aşağı olmasının göstəricilərindən biridir. İşçi qüvvəsi az, məhsuldarlıq yüksəkdirsə, deməli, texnologiyalardan və mexanikləşmədən daha səmərəli istifadə olunur. Mövcud subsidiya siyasəti də dəyişməlidir. Dövlət tərəfindən xərclənən hər manatın effektivliyi diqqətdə saxlanılmalıdır”.
Sevinc Qarayeva