Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan Rəqəmsal Akademiyasının məzunlarının 86 faizi işlə təmin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.
Bir illik fəaliyyət dövründə bu sahədə çalışan şəxslərin maaşı təqribi 1000 manatdır. Daha sonrakı illərdə isə bu məbləğ 2000-2500 arası arta bilir.
Sədrin sözlərinə görə, çalışmaq üçün xaricə üz tutanlar olsa da, müəyyən qisim ölkədə qalaraq fəaliyyətini davam etdirir.
Zeynəb Rzayeva