Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 2 147,2 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 1 907,9 manat, özəl sektorda isə 2 292,3 manat olub.
2025-ci ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 583,8 manat, özəl sektorda isə 2 135 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!